“Zirə” ilə icarə müqaviləsi başa çatan Azərbaycan yığmasının üzvü Rüfət Abdullazadə “Varajdin” klubuna qayıdıb. Lakin onun bu klubda qalıb-qalmayacağı bəlli deyil.
Xorvatiya təmsilçisinin baş məşqçisi Nikola Safaroviç isə Rüfətin komandasında qalmasının özündən asılı olduğunu bildirib: “Bu onun özündən asılı məsələdir, məndən asılı deyil”.
“Rüfət “Varajdin”də oynayacaq qədər güclü deyilmi” sualına isə o, belə cavab verib: “Bunu deyə bilmərəm. Hazırlıqlarda onun necə olacağını görəcəyik”.
Qeyd edək ki, Rüfət Abdullazadə 2025-ci ilin yayında “Varajdin”ə keçib. Lakin o, cari ilin yanvar ayında “Zirə”yə icarəyə verilib. Onun Xorvatiya klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.






