“Mançester Siti” Elliot Andersonun transferi ilə bağlı danışıqları bərpa etmək istəyir. “Nottingem Forest”in üzvünün keçidi üçün müzakirələri transfer tələbinin yüksək olması səbəbindən dayandıran “şəhərlilər” daha yaxşı namizəd tapa bilməyincə yenidən bu varianta qayıdıb.

Futbolinfo.az xəbər verir ki, 23 yaşlı mərkəz müdafiəçisinin bazar dəyəri 75 milyon avrodur. Amma oyunçu ilə 3 illik müqaviləsi qalan nottingemlilər daha çox məbləğ istəyir. Onlar iki il öncə “Nyukasl”dan 41 milyon avroya aldığı oyunçu üçün bunun iki mislini tələb edir.

Transferdə həlledici rolu Andersonun mövqeyi oynaya bilər. Oyunçu mançesterlilərlə şəxsi müqaviləsinin detallarını razılaşdırıb. Onun klubuna təzyiq etməsi gözlənilir.

Shares: