Fabritsio Romano “Qarabağ”ın daha bir transferinin anonsunu verib. Tanınmış insayder ağdamlıların Bruno Lanqanın keçidini tamamladığını yazıb.

Futbolinfo.az xəbər verir ki, o, sosial şəbəkə hesabında “Qarabağ”ın sol cinah müdafiəçisini aldğı barədə xəbər paylaşıb. 28 yaşlı mozambikli ilə müqavilənin detalları açıqlanmır.

İspaniya təmsilçisi “Almeriya” ilə 2 illik müqaviləsi qalan Lanqa son mövsümü Portuqalyada keçirib. O, “Eştrela”da icarədə olub.

Shares: