Bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkü atılıb
Futbolinfo.az xəbər verir ki, püşkatmada “Qarabağ”ın da rəqibi müəyyənləşib.
Azərbaycan təmsilçisi İslandiyanın “Vestri” komandasına rəqib olub. Təmsilçimiz ilk oyunu evdə keçirəcək.
1-ci raundun bütün cütlərini təqdim edirik:
Avropa Liqası
1-ci təsnifat mərhələsi
9 iyul – 16 iyul
Dinamo Kiyev (Ukrayna) – Universitatya (Kluj, Rumıniya)
Qarabağ (Azərbaycan) – Vestri (İslandiya)
Hayduk (Split, Xorvatiya) – Jilina (Slovakiya)
ÇSKA (Sofiya, Bolqarıstan) – Derri Siti (İrlandiya)
Şerif (Tiraspol, Moldova) – Aluminiy (Sloveniya)
Voyvodina (Serbiya) – Ferentsvaroş (Macarıstan)






