Almaniya yığması yenidən Braziliyaya çatdı. Dünən Kot-d’İvuar üzərində qazanılan qələbə sayəsində Bundestim qol sayını 241-ə çatdırdı ki, bu da cənubi amerikalılarla bərabərləşməyə şərait yaratdı.

Futbolinfo.az xəbər verir ki, uzun müddət bu göstəricidə lider olan beşqat dünya çempionları almanların Kurasao yığmasına 7 qol vurması ilə geri düşmüşdü. Haiti üzərində 3:0 hesablı qələbə sayəsində yenidən liderliyi ələ alan Braziliya dünən gecə rəqibin bərabərliyi təmin etməsnə şahid oldu.

Yeri gəlmişkən, dünən Niderland millisi də dünya çempionatlarında 100 qol həddini keçdi. F qrupunun ikinci turunun İsveçlə oyununda 5 qol vuran komandanın hesabında hazırda 103 top var. Daha əvvəl Braziliya, Almaniya, Argentina, Fransa, İtaliya, İspaniya və İngiltərə komandaları dünya çempionatında analoji nəticə əldə ediblər.

Shares: