Futbol üzrə dünya çempionatı davam edir.

Futbolinfo.az xəbər verir ki, növbəti oyunda Misir və Avstraliya yığmaları qarşılaşıblar.

Dallas stadionunda keçirilən 1/16 final matçının əsas və əlavə vaxtında qələbə qazanan olmayıb – 1:1.

Misirin heyətində Emam Aşur (13) komandasını hesabda irəli çıxarıb. Lakin Afrika təmsilçisinin müdafiəçisi Mohamed Haninin (55) öz qapısına vurduğu qol yekun hesabı təyin edib.

Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penalti seriyasında daha dəqiq oynayan (4:2) Misir 1/8 finala yüksəlib.

Komandanın bu raunddakı rəqibi Argentina – Kabo Verde cütünün qalibi olacaq.

Shares: