“Arsenal” Niko Uilyamsı heyətinə qatmaq üçün yenidən aktivləşib. Londonlular hücumun sol cinahınıı İspaniya yığmasının üzvü ilə gücləndirmək niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, daha öncə də xavbeki istəyən “topçular” bu dəfə son nöqtəni qoymağa çalışır. Oyunçunun “Atletik”lə müqaviləsində 90 milyon avroluq sərbəstqalma maddəsi mövcuddur. İngiltərə çempionu məhz bu məbləği ödəyərək keçidi bitirmək qərarına gəlib.

23 yaşlı Qana əsilli oyunçunun yetirməsi olduğu Bilbao klubu ilə 2035-ci ilədək müqaviləsi var.

Shares: