Yohan Manzambi karyerasını İngiltərədə davam etdirə bilər. “Nyukasl” hazırda davam edən dümya çempionatında ulduzu parlayan hücumçu üçün rəsmi təklif göndərməyə hazırlaşır.
Futbolinfo.az xəbər verir ki, “Frayburq” 20 yaşlı hücumçunu satmağa hazırdıq. Almaniya klubu 4 illik müqaviləsi qalan 20 yaşlı yetirməsi üçün 50 milyon avro tələb edir. “Sağsağanlar” isə 40 milyon xərcləmək niyyətindədir.
Manzambi DÇ-2026-da İsveçrə yığmasının əsas silahlarından birdir. O, indiyədək 3 qol, 2 asistlə yadda qalıb.
