“Fransa kimi rəqibə qarşı buraxılan bir səhv matçın taleyini həll edir”. Bunu Paraqvay yığmasının baş məşqçisi Qustavo Alfaro deyib.
Mütəxəssis Fransaya qarşı DÇ-2026-nın 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında danışıb: “Komandamın mübarizəsindən razı qaldım. Futbolçularımız sonadək oyunda qaldılar və mübarizə apardılar. Lakin belə səviyyəli rəqibə qarşı edilən kiçik bir səhv matçın taleyini həll etdi. Rəqibin heyətində Mbappe elə futbolçudur ki, ona görə bütün oyun planınızı dəyişməyə məcbur qalırsınız. Ona qarşı sadəcə müdafiə olunmursunuz, 90 dəqiqə ərzində onun harada olduğunu düşünmək məcburiyyətində qalırsınız”.
Qeyd edək ki, Fransa millisi Paraqvayı 1:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.
