“Liverpul” daha bir istedadı heyətinə qatmaq üçün çalışmalara başlayıb. İngiltərə nəhəngi Jilberto Moranın “ovuna çıxıb”.

Futbolinfo.az xəbər verir ki, 17 yaşlı meksikalı gələcəyin ulduzlarından sayılır. Perspektivli oyunçu bu səbəbdən bir çox Avropa nəhənginin diqqət mərkəzindədir. Onunla xüsusilə “Mançester Yunayted” yaxından maraqlanırdı.  Amma “Tixuana”nın 40 milyon avroluq tələbi “qırmızı şeytanlar”ın geri çəkilməsinə səbəb olub.

Hazırda “Liverpul” Moraya yeganə ciddi müştəridir. Yarımmüdafiəçinin Meksika klubu ilə 2026-cı ilin yayınadək müqaviləsi olsa da, “Tixuana” onu satmağın əleyhinə deyil.

Shares: