“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az kluba istinadən xəbər verir ki, Amin Ramazanov bundan sonra bu komandanın uğurları üçün çalışacaq.
23 yaşlı qapıçı ilə 2 illik müqavilə bağlanıb.
Rusiyanın “Lokomotiv” (Moskva) klubunun yetirməsi olan Amin karyerası ərzində “Qarabağ” və “Zaqatala” klublarında çıxış edib.
