“Belçika yığması göstərdiyi oyunla böyük futbol ölkəsi olduğunu isbatladı”. Bunu millinin baş məşqçisi Rudi Qarsiya ABŞ yığmasına qarşı DÇ-2026-nın 1/8 final mərhələsinin oyunundan sonra deyib.
Təcrübəli mütəxəssis qalib gəldikləri görüşü dəyərləndirib: “Gecənin bu vaxtında oyanaraq Belçikada bizi dəstəkləyən hər kəsə səmimi təşəkkürümü bildirirəm. Düşünürəm ki, bu gün onlar öz futbolçuları ilə fəxr etməli və qürur duymalıdırlar. Meydana çıxan futbolçular möhtəşəm oyun nümayiş etdirdilər və hazırladığımız oyun planına tam əməl etdilər. Matç ərzində oyuna nəzarət edən tərəf biz idik. Bu, növbəti dəfə əsl komanda ruhunun təzahürü oldu. Gecənin yeganə üzücü məqamı Amadu Onananın zədələnməsi idi”.
Qeyd edək ki, Belçika ABŞ yığmasına 4:1 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb.
