Futbol üzrə dünya çempionatı davam edir.
Futbolinfo.az xəbər verir ki, mundualın növbəti matçında İspaniya və Portuqaliya yığmaları qarşılaşıb.
Dallas stadionunda keçirilən 1/8 final mərhələsinin matçında ispanlar minimal hesablı qələbəyə sevinib – 1:0.
Oyundakı yeganə qolun müəllifi Mikel Merino olub. O, 90+1-ci dəqiqədə dəqiq zərbə ilə ispanları 1/4 finala çıxaran qola imza atıb.
