Li Kan İn karyerasını “Atletiko”da davam etdirəcək. Madridlilər cənubi koreyalı oyunçunu heyətnə qatmaq üçün hərəkətə keçib.
Futbolinfo.az xəbər verir ki, PSJ 25 yaşlı yarımmüdafiəçini 40 milyon avroya satmağa razıdır. İspaniya təmsilçisi məbləği bir qədər azaldaraq keçidi həll edəcəyinə inanır.
3 il öncə “Malyorka”dan 22 mlyon avroya transfer edilən asiyalı La Liqa təcrübəsinə malikdir. Bu səbəbdən o da madridə can atır. Li Kan İn 2028-ci ildə bitəcək müqaviləsini yeniləmədiyindən satılmaq variantı çox realdır.
