Azərbaycanın qadınlardan ibarət U-20 basketbol millisi debüt etdiyi Avropa çempionatının B divizionunda ilk qələbəsini qazanıb.

Bu barədə Futbolinfo.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

Yığma Albaniyanı 88:60 hesabı ilə məğlub edib.

U-20 millisi qrupda son oyununu iyulun 6-da, Bakı vaxtı ilə saat 18:45-də keçirəcək. Bu dəfə rəqib Yunanıstan millisi olacaq.

Shares: