Meksika millisinin baş məşqçisi Xavyer Aqirre İngiltərə seçməsinə məğlubiyyətə görə komandasını günahlandırmayıb. Bunu Şimali Amerika təmsilçisinin çalışdırıcısı İngiltərəyə qarşı DÇ-2026-nın 1/8 final mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis 2:3 hesabı ilə məğlub olduqları qarşılaşmanı şərh edib: “Komandamı heç nədə günahlandıra bilmərəm. Əlimizdən gələni etdik, amma rəqib çox güclü komandadır. Bu, ən yüksək səviyyədir və burada buraxılan hər səhv çox baha başa gəlir. Say üstünlüyündən yararlanmaq üçün əvəzetmələrdə risk etdik, lakin bundan faydalana bilmədik. Bizə göstərilən dəstəyə görə hər kəsə yalnız təşəkkür edə bilərəm”.
