DÇ-2026-nın əsas sensasiyası reallaşdı. Braziliya yığması yarışı 1/8 finalda dayandırmaq məcburiyyətində qaldı.
Norveçlə matçın ilk hissəsində Bruno Gimarayeşin qaçırdığı penalti zərbəsinə üzülən cənubi amerikalılar fasilədən sonra şok yaşadı. Erlinq Haland 79 və 90-cı dəqiqələrdə vurduğu qollarla sürprizə imza atdı. Neymarın son saniyələrdə dəqiq yerinə yetirdiyi penalti isə təsəllidən başqa bir şey deyildi.
Beləliklə, tarixində heç vaxt Braziliyaya uduzmayan Norveç 1/4 finala vəsiqə qazandı. “Vikinqlər”in buradakı rəqibi İngiltərə və Meksika arasındakı dueldə bəlli olacaq.
