“Real” “İnter”dən müdafiəçi Denzel Dumfrislə müqavilə imzaladığını elan edib.

Futbolinfo.az xəbər verir ki, 30 yaşlı niderlandlı futbolçu ilə 30 iyun 2030-cu ildə başa çatacaq 4 illik müqavilə imzalanıb.

Müqavilənin maliyyə detalları açıqlanmayıb.

“Transfermarkt”ın məlumatına görə, Dumfrisin transferi “Real”a 20 milyon avroya başa gəlib.

Dumfris 2021-ci ildən “İnter”də çıxış edirdi.

Shares: