“Fənərbağça”nın kapitanı Mert Halan Yandaş klubu ilə yeni müqavilə imzalayıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
31 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 1 illikdir. Klubun yaydığı açıqlamada qeyd edilib ki, futbolçu “Fənərbağça” sevgisini bir daha nümayiş etdirərək minimum əmək haqqı əsasında 1 illik yeni müqavilə imzalayıb.
Mert Hakan Yandaş 2020-ci ildən İstanbul klubunda çıxış edir.
