“Seltik” “Qarabağ”ın futbolçusu Kamilo Duranı transfer etmək üçün israrından əl çəkmir.

Futbolinfo.az Britaniya mətbuatına (Daily Record) istinadla xəbər verir ki, Şotlandiya çempionu kolumbiyalı hücumçunun keçidi ilə bağlı “Qarabağ”la yeni danışıqlara başlayıb. Qlazqoluların 1,7 milyon funt sterlinqlik ilk təklifi rədd edilsə də, tərəflər yeni razılaşma üzərində müzakirə aparırlar.

“Qarabağ” 24 yaşlı futbolçu üçün təxminən 3 milyon funt sterlinq tələb edir. Artıq futbolçunun agenti danışıqlar üçün Şotlandiyaya gedib.

Qeyd edək ki, Kamilo Duran ötən mövsüm UEFA Çempionlar Liqasında 10 oyunda 5 qol vuraraq diqqət mərkəzinə düşüb.

Shares: