UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olacaq İslandiyanın “Vestri” növbəti oyununu keçirib. Elitadan ötən mövsüm düşən komanda səfərdə “Qrindavik”lə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib – 0:0.
Bu nəticədən sonra “Vestri” xalını 21-ə çatdırıb. Komanda 13 turdan sonra İslandiya I Divizionunun turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ” UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində ilk oyununu iyulun 9-da Bakıda, cavab görüşünü isə iyulun 16-da Reykyavikdə “Vestri”yə qarşı keçirəcək.
