İngiltərə millisi Meksika ilə matçda əsl xarakter nümayiş etdirib. Bunu Avropa təmsilçisinin baş məşqçisi Tomas Tuhel DÇ-2026-nın 1/8 final mərhələsinin oyunundan sonra deyib.
Alman çalışdırıcı 3:2 hesabı ilə qələbə qazandıqları oyunu şərh edib: “Qələbəyə görə böyük qürur duyuram. Bu qalibiyyət üçün əlimizdən gələni etməli olduq. Oyun son dərəcə çətin keçdi. Bəzi anlar olurdu ki, təşəbbüsü ələ aldığımızı düşünürdük, amma dərhal çətinliklərlə üzləşirdik. İşlər çətinləşəndə belə, futbolçular heç vaxt təslim olmadılar və qələbəyə inamlarını itirmədilər. Bu, irəliyə doğru daha bir addım idi”.
Qeyd edək ki, İngiltərə 1/4 finalda Norveçlə üz-üzə gələcək.
