“Qarabağ”ın yeni transferi Cebrail Makreçkisin karyerasını Türkiyədə davam etdirmək variantı olub.
Futbolinfo.az xəbər verir ki, bu barədə Macarıstan mətbuatı məlumat yayıb.
Bildirilib ki, 26 yaşlı sağ cinah müdafiəçisi yay dönəmində Türkiyənin bir neçə klubundan təklif alıb. Xüsusən də “Sivasspor”un bu transferdə israrlı olduğu və “Ferentsvaroş”la danışıq apardığı vurğulanıb. Lakin latviyalı cinah oyunçusu “Qarabağ”a transferi üstün tutub. Çünki o, bununla avrokuboklarda müntəzəm çıxış edəcəyinə və Latviyanın əsas millisinə dəvət alacağına inanır.
Qeyd edək ki, Cebrail Makreçkis “Qarabağ”la 3 illik müqavilə imzalayıb.
