DÇ-2026-nın 1/8 final mərhələsində Norveçə 1:2 hesabı ilə məğlub olan Braziliya seçməsi 36 ildən sonra ilk dəfə turnirin 1/4 finalına yüksələ bilməyib.
Sonuncu dəfə “sambaçılar” oxşar nəticəni 1990-cı il dünya çempionatında göstərmişdilər. Həmin vaxt komanda 1/8 finalda gələcək finalçı Argentinaya 0:1 hesabı ilə uduzmuşdular.
Braziliya millisi mundiallar tarixində ən titullu komandadır. Cənubi Amerika təmsilçisi 1958, 1962, 1970, 1994 və 2002-ci illərdə dünya çempionu olub.
Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçirilir. Tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə təşkil olunan turnir iyulun 19-da başa çatacaq.
