İngiltərə yığması növbəti sürprizə imkan verməyib. Futbol üzrə dünya çempionatının favoritlərindən sayılan Tomas Tuhelin yetirmələri Meksikanı məğlub edərək 1/4 finala yüksəlib.
Mexikoda baş tutan 1/8 final mərhələsi matçında Avropa təmsilçisi 3:2 hesablı qələbəyə sevinib. İngiltərə yığmasında Cud Bellinqem (36; 38) və Harri Keyn (60-p.) fərqləniblər. Meydan sahiblərində isə Xulian Kinyones (42) və Raul Ximenez (69-p.) dəqiq zərbə müəllifi olublar.
İngiltərə millisinin növbəti mərhələdəki rəqibi Norveç seçməsi olacaq.
Yeri gəlmişkən, oyunun başlama vaxtı hava şəraiti səbəbindən bir saat təxirə salınıb. Gecikməyə stadion ətrafında ildırım və şimşək təhlükəsi səbəb olub.
Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 04:00-a planlaşdırılmışdı. Amma start fiti 05:00-da verilib.
