Braziliya millisinin yarımmüdafiəçisi Bruno Gimaraynş dünya çempionatında 40 ildən sonra qeydə alınan arzuolunmaz göstəricinin müəllifi olub.

Norveçə qarşı 1/8 final görüşündə 28 yaşlı futbolçu təyin olunan penaltini dəqiq yerinə yetirə bilməyib. Onun zərbəsini rəqib qapıçısı Öryan Niland dəf edib.

Bununla da Gimaraynş 40 ildən sonra dünya çempionatlarında əsas vaxtda penalti qaçıran ilk braziliyalı futbolçu olub. Sonuncu belə hadisə 1986-cı il mundialının 1/4 final mərhələsində Fransa ilə oyunda Zikonun penalti vura bilmədiyi vaxt qeydə alınmışdı.

Shares: