Bir neçə gün əvvəl “Qəbələ”dən ayrılan Adriel Ba Luanın yeni klubu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, 29 yaşlı hücumçu karyerasını Cənubi Koreyada davam etdirəcək.
Fil Dili Sahilidən olan forvard “Kvandju” klubu ilə müqavilə imzalayıb. K-1 təmsilçisi rəsmi saytı vasitəsilə transferi elan edib. Bildirilib ki, Ba Lua mövsümün ikinci yarısı üçün komandanın hücum gücünə əlavə güc qatacaq. Futbolçu özü də bunun üçün əlindən gələni edəcəyini açıqlayıb.
Qeyd edək ki, “Qəbələ”yə ötən ilin yayında “Kan”dan keçən Adriel Ba Lua geridə qalan mövsümdə bütün turnirlərdə keçirdiyi 34 oyunda 4 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.
