Braziliya millisi tarixinin ən çox qol vuran futbolçusu Neymar yığmadakı karyerasını başa vurduğunu elan edib.
“Bir neçə dəfə yoxladım, amma olmadı. Bu stadionda başlamışdım, burada da bitirirəm”, – deyə 34 yaşlı oyunçu bildirib.
Qeyd edək ki, Neymar 2023-cü ildən sonra ilk dəfə Braziliya millisinin heyətində fərqlənib. O, DÇ-2026-nın 1/8 final mərhələsində Norveçə qarşı keçirilən və Braziliyanın 1:2 hesabı ilə məğlub olduğu oyunda penaltidən dəqiq yararlanıb.
Neymar yığmanın heyətində ümumilikdə 130 oyunda 80 qol vurub, 59 assist edib.
O, həmçinin mundiallardakı oyun sayını 15-ə çatdırmaqla bu göstəricidə əfsanəvi Peleni geridə qoyub. Mərhum braziliyalı 14 oyuna çıxaraq üçqat dünya çempionu olmuşdu. Bu göstərici üzrə Braziliya millisinin rekordu isə 20 oyunla Kafuya məxsusdur.
