FIFA referisi Tural Qurbanov növbəti təyinat alıb.

Futbolinfo.az xəbər verir ki, Qurbanov UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Deçiç” (Monteneqro) – “Liepaya” (Latviya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Asiman Əzizli və Gülnurə Əkbərzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 15-də Tuzi şəhərində yerləşən “Tuşko Polje” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.

Shares: