“Monako” yeni baş məşqçi təyinatını rəsmiləşdirib. Fransa təmsilçisinə bundan sonra Braziliya yığmasının keçmiş üzvü Felipe Luis rəhbərlik edəcək.

Futbolinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi Avropada ilk dəfə çalışacaq mütəxəssislə iki illik müqavilə bağlayıb.

İki il çalışdığı “Flamenqo”da böyük uğurlar qazanan sabiq müdafiəçi Braziliya klubundan martda ayrılmışdı.

Shares: