Portuqaliya millisinin baş məşqçisi Roberto Martines istefa verib.

İspan mütəxəssis bu barədə DÇ-2026-da 1/8 finalda İspaniyaya məğlubiyyətdən sonra açıqlama verib. O, yığmadakı son oyununu keçirdiyini deyib.

Portuqaliyanın son dəqiqələrdə buraxdığı qolla məyus olması onu üzüb: “Portuqaliya xalqı komandası və futbolçuları ilə fəxr edə bilər. Təəssüf ki, nəticə istədiyimiz kimi olmadı. Oyun ərzində vurduğumuz bir zərbə dirəkdən qayıtdı. Düşünürəm ki, matç əlavə vaxta getməli idi. Müdafiədə yaxşı oynadıq. Qarşılaşdığımız rəqib dünya çempionatının əsas favoritlərindən biri idi. Ola bilsin ki, bir az bəxtimiz gətirmədi. Bu gün şans bizim tərəfdə deyildi, amma meydanda tamamilə bərabər səviyyəli iki komandanın mübarizəsi getdi”.

Qeyd edək ki, İspaniya Portuqaliya seçməsinə 1:0 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb.

Shares: