“Sabah” bu gün UEFA Çempionlar Liqasında ilk oyununa çıxacaq.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu bu turnirin ilk təsnifat mərhələsində Uelsin TNS komandası ilə qarşılaşacaq.
Komandalar arasındakı ilk oyun Masazırda keçiriləcək. Oyunu polşalı hakimlər briqadası idarə edəcək. Baş hakim Patrik Qriçkeviç olacaq.
Cavab görüşü səfərdə keçiriləcəyi üçün “Sabah” ilk oyunda inamlı qələbə qazanmağa çalışacaq. Əks halda bu rəqibi səfərdə keçmək daha çətin ola bilər.
Cavab qarşılaşması iyulun 14-də keçiriləcək.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi
7 iyul
20:00. Sabah – TNS
Hakimlər: Patrik Qriçkeviç, Marçin Bonyek, Bartoş Kazinski,Voyçex Miç (Polşa).
“Bank Respublika Arena”.
