Futbol üzrə dünya çempionatı davam edir.
Futbolinfo.az xəbər verir ki, bu gün mundialda 1/8 final mərhələsinə yekun vurulacaq.
Əvvəlcə dünya çempionatının favoritlərindən hesab edilən sonuncu çempion Argentina yığması Misir millisi ilə qarşılaşacaq. Oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
Gecə yarısı daha bir görüş baş tutacaq. Mərhələnin sonuncu oyununda İsveçrə və Kolumbiya yığmaları qarşılaşacaq.
DÇ-2026
1/8 final
7 iyul
20:00. Argentina – Misir
8 iyul
00:00. İsveçrə – Kolumbiya
