Ötən mövsümü icarə əsasında “Qarabağ”da keçirən Sami Mmae müqavilə ilə məxsus olduğu Zaqreb “Dinamo”suna da lazım deyil.
Futbolinfo.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, Mərakeş millisinin üzvü Xorvatiya klubunu tərk etməyə hazırlaşır. Hazırda onun xidmətində Kipr təmsilçisi “Pafos” maraqlıdır. Adıçəkilən klub rəhbərliyi mərkəz müdafiəçisinin keçidi üçün qarşı tərəflə danışıqlara başlayıb. “Pafos” 29 yaşlı Mmaeni birdəfəlik transfer etməyi planlaşdırır.
Qeyd edək ki, Sami Mmae ötən mövsüm “Qarabağ”ın heyətində Premyer Liqada keçirdiyi 11 oyunda 1 qol vurub. O, mövsümün sonunda intizamsızlığına görə əvəzedici komandaya göndərilmişdi.
Müdafiəçi “Pafos”a keçsə, Azərbaycandan yaxşı tanıdğı futbolçu ilə bir komandada oynayacaq. Kipr klubu ötən ay millimizin üzvü Murad Məmmədovu “Neftçi”dən transfer edib.
