“Sabah” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS klubu ilə keçirəcəyi ilk oyunun favoritidir.

Futbolinfo.az xəbər verir ki, bununla bağlı Britaniya mətbuatı araşdırma aparıb.

Mütəxəssislər komandaların ötən mövsümdəki göstəricilərini, vurduqları və buraxdıqları qolları və heyətlərindəki futbolçuların keyfiyyətini nəzərə alıb. Bildirilib ki, qarşılaşmada həlledici rolu oyunçuların ustalığı oynayacaq. Bu baxımdan “Sabah” bir addım öndə göstərilib.

Düzdür, TNS-in səfərdə qol vuracağı güman edilir. Lakin “Sabah”ın minimalhesablı qələbəsi proqnozlaşdırılır.

Qeyd edək ki, bu gün “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – TNS oyunu saat 20:00-da başlayacaq.

Shares: