Futbol üzrə dünya çempionatı davam edir.

Futbolinfo.az xəbər verir ki, mundialın növbəti oyununda İspaniya və Belçika yığmaları qarşılaşıblar.

Los-Anceles stadionunda keçirilən 1/4 final mərhələsinin matçında ispanlar 2:1 hesablı qələbəyə seviniblər.

Oyunda hesabı ispanlar açıblar. 30-cu dəqiqədə Fabian Ruiz fərqlənib. 41-ci dəqiqədə Şarl de Ketelare başla dəqiq oynayaraq hesabı bərabərləşdirib. 88-ci dəqiqədə isə Mikel Merino fərqlənib və ispanları yarımfinala daşıyıb.

İspaniyanın yarımfindaldakı rəqibi Fransa seçməsi olacaq.

Shares: