FIFA 2029-cu ildə keçiriləcək Klublararası Dünya Çempionatına ev sahibliyi etmək üçün Qətərin namizədliyini nəzərdən keçirir.
Məlumata görə, hazırda FIFA turnirin potensial ev sahibini müəyyənləşdirmək üçün müxtəlif variantları dəyərləndirir. Yarışın qış aylarında keçirilməsi və iştirakçı sayının 48 komandaya çatdırılması da müzakirə olunan məsələlər sırasındadır.
Qeyd edək ki, 32 komandanın iştirak etdiyi ilk Klublararası Dünya Çempionatı 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-də təşkil olunmuşdu. İst-Raterford şəhərində yerləşən “MetLayf” stadionunda keçirilən final görüşündə İngiltərənin “Çelsi” klubu Fransa təmsilçisi PSJ-ni 3:0 hesabı ilə məğlub edərək turnirin qalibi olmuşdu.
