Madrid “Real”ının və İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas 2026-cı il dünya çempionatında tətbiq olunan su fasilələrindən sonra futbol oyunlarının formatının dəyişdirilməsini təklif edib.
DÇ-2010-un qalibi sosial şəbəkə hesabında bu sözləri yazıb: “Nəzərə alsaq ki, oyunlar zamanı su fasilələri artıq adi hala çevrilir, sizcə, futbol matçlarını 25 dəqiqəlik dörd hissəyə bölmək yaxşı ideya olmazdımı? Bu barədə düşünməyi sizin öhdənizə buraxıram”.
Qeyd edək ki, DÇ-2026-da hər hissənin ortasında 3 dəqiqəlik məcburi su fasilələri tətbiq olunub. Buna baxmayaraq, hazırkı prosedur AVRO-2028-in oyunlarında istifadə edilməyəcək.
