“Neftçi”nin sabiq futbolçusu Tallison Dias növbəti dəfə komandasını dəyişib.

Futbolinfo.az xəbər verir ki, 34 yaşlı oyunçu yenə də ölkəsi Braziliyada qalıb.

Mövsümün ilk yarısını “Porto Vitoriya”da keçirən sol cinah müdafiəçisi öz mövqeyinin ən yaxşısı seçilib. Tallison Braziliya D Seriyasının digər iştirakçısı ABC ilə müqavilə imzalayıb. Onunla sözləşmə mövsümün sonuna qədər bağlanıb.

Maraqlıdır ki, Tallison bununla karyerasında 17-ci dəfə klubunu dəyişib. O, 2020-2021 mövsümündə ölkəmizdə “Neftçi”nin formasını geyinib.

Shares: