Avropa Liqasının 2026/27 mövsümünə start verilib.

Futbolinfo.az xəbər verir ki, bu gün 1-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib.

“Qarabağ”ın “Vestri”yə böyük hesabla qalib gəldiyi gündə daha 5 görüş baş tutub.

“Dinamo” (Kiyev) və “Şerif” evdə keçirdikləri oyunlarda qələbə qazana bilməyib. “Hayduk” və ÇSKA (Sofiya) evdə, “Ferentsvaroş” səfərdə qələbə qazanıb.

Bu mərhələnin cavab oyunları iyulun 16-da keçiriləcək.

Avropa Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları

9 iyul

Dinamo (Kiyev, Ukrayna) – Universitatya (Kluj, Rumıniya) 0:0
Qarabağ (Azərbaycan) – Vestri (İslandiya) 3:0
Hayduk (Split, Xorvatiya) – Jilina (Slovakiya) 2:0
ÇSKA (Sofiya, Bolqarıstan) – Derri Siti (İrlandiya) 3:2
Şerif (Tiraspol, Moldova) – Aluminiy (Sloveniya) 0:0
Voyvodina (Serbiya) – Ferentsvaroş (Macarıstan) 1:2

Shares: