Fransa millisinin futbolçuları DÇ-2026-nın 1/4 finalında Mərakeşlə keçiriləcək oyun ərəfəsində azarkeşlərin yaratdığı səs-küylə üzləşiblər.
Futbolinfo.az xəbər verir ki, Bostonda komandanın qaldığı otelin qarşısına toplaşan yüzlərlə Mərakeş azarkeşi gecə saatlarında fişənglər buraxıb, avtomobil siqnalları səsləndirib və nağara çalaraq futbolçuların istirahətinə mane olmağa çalışıb.
Bildirilir ki, səs-küy təkcə Fransa millisinin üzvlərini deyil, yaxınlıqdakı binalarda yaşayan insanları da narahat edib. Daha sonra azarkeşlərin bir hissəsi otelin girişində mahnılar oxuyaraq futbolçuları görməyə çalışsa da, Fransa millisinin təhlükəsizlik xidmətinin nümayəndəsi ilə aparılan danışıqlardan sonra onlar dinc şəkildə ərazidən uzaqlaşıblar.
Fransa və Mərakeş yığmaları bu gecə Bakı vaxtı ilə 00:00-da dünya çempionatının 1/4 final mərhələsində üz-üzə gələcəklər.
