“Neftçi SOCAR” 3×3 basketbol komandası bu gün İspaniyanın Kaseres şəhərində start götürəcək Dünya Qadın Seriyasında mübarizəyə başlayacaq.

Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar” A qrupundakı ilk matçında İspaniya təmsilçisi “Madrid”lə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə 22:05-da başlayacaq.

Xatırladaq ki, indiyədək keçirilmiş 12 mərhələnin yekununa əsasən, “Neftçi SOCAR” (352 xal) ümumi komanda hesabında ikinci pillədə qərarlaşıb.

Shares: