Uimbldon tennis turnirində 1/4 final mərhələsi başa çatıb.

ATP reytinqində 3-cü pillədə qərarlaşan Aleksandr Zverev ABŞ təmsilçisi Teylor Fritsi 6:4, 6:4, 6:2 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb. Təxminən iki saat davam edən qarşılaşmada almaniyalı tennisçi 13 eys və 4 breykə imza atıb.

Digər 1/4 final matçında isə turnirin əsas sürprizi yaşanıb. Britaniyalı Artur Feri italiyalı Flavio Kobollini 6:4, 7:6, 6:0 hesabı ilə üstələyərək Uimbldon tarixində uayld-kardla yarımfinala yüksələn ikinci tennisçi olub. Bu uğura ilk dəfə 2001-ci ildə xorvatiyalı Qoran İvanişeviç nail olmuşdu.

İyulun 10-da keçiriləcək yarımfinal görüşlərində Aleksandr Zverev Artur Feri ilə, Yannik Sinner isə Novak Cokoviçlə qarşılaşacaq.

Qadınların yarışında ukraynalı Marta Kostyuk italiyalı Jasmine Paolini ilə münasibətlərinə aydınlıq gətirib. 1 saat 9 dəqiqə davam edən görüşdə Kostyuk rəqibindən 6:3 və 6:2 hesabı ilə üstün olub.

Digər 1/4 final görüşü də 2 set davam edib. Burada çexiyalı Linda Noskova belçikalı Elis Mertensə 6:3 və 7:5 hesabları ilə qalib gəlib.

Bu gün keçiriləcək yarımfinal matçlarında Karolina Muxova ilə Kori Qauff, Marta Kostyukla Linda Noskova qarşılaşacaq.

Shares: