“Qarabağ” bu gün Avropa Liqasının yeni mövsümündə ilk oyununa çıxacaq.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu turnirin 1-ci təsnifat mərhələsində İslandiyanın “Vestri” komandası ilə qarşılaşacaq.

Komandalar arasındakı ilk oyun Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunu Moldovadan olan hakimlər idarə edəcəklər.

“Qarabağ” bu oyunun aşkar favoritidir. Avrokuboklarda debüt edən “Vestri”nin Ağdam klubuna ciddi problem yaratmayacağı ehtimal olunur.

Komandalar arasındakı cavab oyunu iyulun 17-də Reykyavikdə keçiriləcək.

Avropa Liqası
1-ci təsnifat mərhələsi

9 iyul

20:00. Qarabağ – Vestri
Baş hakim: Roman Jitari (Moldova).
Tofiq Bəhramov adına Respublika stadionu.

Shares: