“Zirə” bu gün Konfrans Liqasının 1-ci təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Futbolinfo.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda Gürcüstanın “Torpedo” (Kutaisi) kollektivi ilə qarşılaşacaq.
Komandalar arasındakı ilk oyun Sumqayıtda keçiriləcək. Oyunu finlandiyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakim Yani Hüytiya olacaq.
Cavab qarşılaşması iyulun 16-da Gürcüstanda keçiriləcək. Bu üzdən “Zirə”nin ev oyununda üstünlük qazanması vacibdir.
Konfrans Liqası
1-ci təsnifat mərhələsi
8 iyul
Zirə – Torpedo 0:0 (1-ci hissə)
Baş hakim: Yani Hüytiya (Finlandiya).
Sumqayıt şəhər stadionu.
Zirə: 13. Aydın Bayramov, 2. Amin Seydiyev, 4. Ruan Renato, 5. Anje Mutsinzi, 7. Eren Aydın, 9. Davit Volkov, 10. Georgi Papunaşvili, 11. Martins Junior, 17. Vieyrinya, 32. Qismət Aliyev (k), 93. Brahim Konate.
Ehtiyat oyunçular: 72. Hüseynəli Quliyev, 99. Səlim Həşimov, 6. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 20. İssa Cibrilla, 22. Ayxan Hüseynov, 29. Diqbeu Krismael, 48. Ramiz Muradov, 57. Yusif Hacıyev, 70. Namik Ələskərov, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Rəşad Sadıqov.
Torpedo: 1. Oto Qoşadze, 4. Matey Şimiç, 6. Məhəmməd Şerif, 7. Vladimer Mamuçaşvili (k), 9. Komnen Andriç, 11. Georgi Arabidze, 14. Felipe Pires, 15. Luka Kuprava, 16. Sori Mane, 22. Dato Bukiya, 39. Vircil Pinson.
Ehtiyat oyunçular: 31. Filip Klayçiç, 38. Soşo Kopaliani, 3. Rikardo Arauxo, 5. Tsotne Nadaraya, 20. Dino Skorup, 24. Luka Latsabidze, 29. Malxaji Çitaişvili, 30. Tornike Antiya, 33. Mateo Stamatov, 35. Dieqo Deysadze, 36. Luka Pridonişvili.
Baş məşqçi: Dirk Şuster.
