Formula-1 üzrə 3 qat dünya çempionu mərhum Ayrton Sennanın 1992-ci il mövsümündə Böyük Britaniya, Macarıstan və Belçika Qran-prilərində istifadə etdiyi yarış dəbilqəsi hərracda 500 min funt sterlinqə satılıb.

Hərrac təşkilatçıları əvvəlcədən satış qiymətini 80-120 min funt sterlinq arasında qiymətləndirsələr də, yekun məbləğ proqnozlaşdırılan maksimum qiymətdən 4 dəfə artıq olub.

Bununla belə, bu dəbilqə Sennaya məxsus ən bahalı hərrac dəyəri olmayıb. Buna qədər 2025-ci ilin aprelində braziliyalı əfsanənin 1992-ci il Belçika Qran-prisində istifadə etdiyi və qəzadan sonra Erik Komaya kömək etdiyi zaman başında olan dəbilqə 720 min funt sterlinqə satılmışdı.

Shares: