“Seltik”in baş məşqçisi Martin O Nil növbəti dəfə Kamilo Duranın “Qarabağ”dan transfer edilməsinə münasibət bildirib.

Futbolinfo.az xəbər verir ki, 74 yaşlı mütəxəssis Britaniya mətbuatına açıqlamasında kolumbiyalı hücumçudan çox şey gözlədiyini deyib.

Şimali irlandiyalı çalışdırıcı 24 yaşlı forvardın Şotlandiya klubunu gücləndirəcəyinə inanır: “Duran çox perspektivli qolçudur, fiziki üstünlüyü və xarakteri ilə seçilir. Bu baxımdan çox diqqətimizi çəkdi. “Seltik”ə də məhz belə futbolçu lazımdır. Hücumdakı döyüşkənliyi, ön xətdə top saxlama bacarığı ilə komandamıza əlavə güc gətirəcək”.

Qeyd edək ki, Kamilo Duranın transferinin “Qarabağ”a rekord məbləğ – təxminən 6,5 milyon avro qazandırması gözlənilir.

Shares: