Paraqvayda San-Xuan bayramı zamanı Fransa millisinin kapitanı Kilian Mbappenin obrazında hazırlanmış müqəvva yandırılıb.
Xalq ənənəsinə görə, hər il “ən bezdirici” hesab olunan şəxs seçilir və onun fiquru yandırılır. Bu il seçim Kilian Mbappenin üzərində dayanıb. Mərasim iştirakçıların qışqırıqları ilə müşayiət olunub.
Xatırladaq ki, daha əvvəl senator Seleste Amarilya 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Fransa və Paraqvay milliləri arasında keçirilən oyundan sonra Kilian Mbappeni Paraqvay yığmasının qapıçısı Orlando Hilin əlini sıxmamasına görə təhqiramiz formada tənqid etmişdi. Bundan sonra fransalı futbolçu bu açıqlamaya cavab vermiş, Amarilya isə Ronaldinyo ilə baş vermiş insidenti xatırladaraq Mbappeni həbs olunmaqla hədələmişdi.
