“Vestri”nin baş məşqçisi Daniel Osafo-Badu Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyundan danışıb.

Futbolinfo.az xəbər verir ki, o, 0:3 hesablı məğlubiyyəti belə şərh edib:

“Ümumilikdə bizim üçün çox çətin oyun oldu. “Qarabağ” möhtəşəm oyun nümayiş etdirdi. Lakin oyunçularımdan çox məmnun qaldım. Yanlış anlaşılmasın, nəticədən məmnun qalmadım, sadəcə, bu oyun təcrübəsindən razı qaldım. Daha çox keyfiyyəti artırmalı, topla oyunu daha yaxşılaşdırmalıyıq.

Cavab oyununda topla keyfiyyəti və bəzi səhvləri aradan qaldırmalıyıq.
Əsas prioritetimiz liqadakı çıxışımızdır.

“Qarabağ” fantastik oyun göstərdi. Oyundan əvvəl eşitmişdim ki, təxminlərə görə, “Qarabağ” bizə 10 qol vuracaq. Amma yekunda qapımızda 3 qol gördük. Nəticədən yox, qazanılan təcrübədən və oyunçularımın çıxışından razı qaldım”.

Shares: