“Sumqayıt”ın yeni baş məşqçisi məlum olub.

Futbolinfo.az xəbər verir ki, klub portuqaliyalı mütəxəssis Filipe Kandido ilə 1 illik müqavilə imzalayıb.

Bu gün klubun təsisçisi və baş sponsoru olan “Azərikimya” İB-nin ofisində təşkilatın baş direktoru və klubun Müşahidə Şurasının sədri Elnur Məmmədli yeni baş məşqçini qəbul edib. Sədr portuqaliyalı mütəxəssisə xatirə hədiyyələri təqdim edib qarşıdakı mövsümdə işlərində uğurlar arzulayıb.

“Sumqayıt”ın portuqaliyalı məşqçiyə tapşırılacağını hələ iyulun ilk günü xəbər vermişdik.

Shares: